Haqqımızda

2019-cu ildə fəaliyyətə başlamış “Lingua” tərcümə şirkəti yazılı və şifahi (ardıcıl, sinxron) tərcümə xidmətləri, lokalizasiya, transkripsiya, səsləndirmə xidmətləri üzrə ixtisaslaşmış şirkətdir.

Şirkət göstərdiyi yüksək keyfiyyətli xidmətlə qısa zamanda Azərbaycanın tərcümə sektorunda özünəməxsus yer qazanıb. İşimizin keyfiyyətinin sübutu bizimlə əməkdaşlıq edən daimi müştərilərimizdir. Bu illər ərzində xidmətlərimizdən yüzlərlə korporativ və fərdi müştərilər yararlanıb. Şirkətimizin portfoliosunun 95%-dən çoxunu korporativ müştərilər, o cümlədən yerli və xarici şirkətlər, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər, dövlət və kommersiya qurumları təşkil edir.

Lingua Tərcümə Mərkəzi sizə ingilis, rus, fransız, alman, italyan, ispan və digər dillərdən Azərbaycan dilinə, eyni zamanda əksinə tərcümə xidmətləri təklif edir.

Biz sizin hüquq, maliyyə, texniki, tibb, turizm, İKT və digər digər sahələrə aid mətnlərinizi 50-dən çox dilə ən yüksək keyfiyyətlə tərcümə edirik.

Biz eyni zamanda sizin veb-saytlarınızı, oyun və tətbiqetmələrinizi ən sadə və anlaşıqlı şəkildə müxtəlif dillərə uyğunlaşdırırıq.

Lingua Tərcümə Mərkəzinin iş prinsipi müştəri məmnuniyyətidir. Biz müştərinin tərcümə sifarişini təsdiqləməsindən ən gec 30 dəqiqə sonra həmin materiala müvafiq sahə üzrə ixtisaslamış tərcüməçi təyin edirik. Sahə üzrə ixtisaslaşmış dilçi tərəfindən edilən ilkin tərcümə ardınca başqa bir tərcüməçi tərəfindən redaktə olunur.

Xüsusi sahələrə aid terminoloji mətnlər həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən yenidən oxunur. Tərcümənin yekun variant isə son olaraq Lingua Tərcümə Mərkəzinin linqvisti tərəfindən yoxlanılır və sifarişçiyə təhvil verilir. Lingua istəyə uyğun olaraq sifarişçini mütəmadi şəkildə işin gedişatı barədə məlumatlandırır.

Sərfəli qiymət tariflərimiz və yüksək dil biliyinə sahib tərcüməçilərimiz müştəri məmnuniyyətinin qarantıdır. İşlərinizi bizə etibar etməklə həm vaxtınız, həm büdcəniz, həm də mətnləriniz əlavə dəyər qazanacaq!

Xidmətlərimizdən istifadə etmək üçün bizə zəng etməyiniz və ya birbaşa “Sorğu göndər” bölməsindən tərcümə materiallarınızı göndərməyiniz kifayətdir!